Ru
22:22 / 21 May 2017

Sərxoş sürücü qəza törətdi - FOTO

982
Lənkəranda sərxoş sürücü qəza törədib.


BakiPost.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.


Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Lənkəran şəhər sakini Kərimov Vəfadar Nuşirəvan oğlunun idarə etdiyi "VAZ-2107" markalı "42-BT-266" dövlət qeydiyyat nişanlı avtomaşın "Mercedes" markalı "42-BZ-193" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü ciddi xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


İlkin müayinə zamanı sürücünün içkili olduğu müəyyənləşib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya elə "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, idarə etdiyi avtomaşınla sərt dönüş edib və yolla hərəkət edən "Mercedes"in yoluna çıxıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post

Sərxoş sürücü qəza törətdi -  FOTO
Sərxoş sürücü qəza törətdi -  FOTO
Sərxoş sürücü qəza törətdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər