Ru
15:20 / 14 Yanvar 2017

Sərxoş sürücü maşını polisin üstünə sürdü - VİDEO

1194
Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-i barədə inzibati pratakol tərtib edilib.


BakiPost.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə məhəl qoymayaraq aradan çıxan və sükan arxasında sərxoş tutulan sürücülərə də rast gəlinib.


Polisin "Nə üçün spirtli içki içib maşın sürürssən?" sualına, sürücü "Rəis piyvə içmişəm də" deyərək cavab verib.


Reyd zamanı protokol, əsasən spirtli içki içərək nəqliyyat vasitəsini idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, sürücülük vəsiqəsinin olmaması və texniki baxışdan keçməyən avtomobillərlə bağlı yazılıb.


Qeyd edək ki, müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində, Astara rayonunda belə reydlər davam etdiriləcək.


Bakı Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər