Ru
19:43 / 09 Dekabr 2016

Sərxoş sürücü maşını divara çırpdı - VİDEO

882

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.


ARB TV xəbər verir ki, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.


Kənd sakini 47 yaşlı Eynar İsmayılov "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb. Xəsarət alan sürücü xəstəxanaya aparılıb. İlkin tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilir.


Məlumata görə, qəzaya sürücünün sərxoş olması səbəb olub.


Faktlar araşdırılır.

Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər