Ru
16:22 / 17 Avqust 2017

Sərnişin avtobusu “Kamaz”a çırpıldı: “Qoymadım ölsün, çıxartdım”/ VİDEO

639
Ucarda yol qəzası baş verib.


BakuPost.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb.


Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"a çırpılıb. Mikroavtobusun sürücüsü və sərnişini Zahid İslamzadə xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


"KamAZ”ın sürücüsü Bəxtiyar Səfərov açıqlama verib: "Bakıdan gəlirdim. Mənim maşınımı vurdu apardı ora. Gördüm saxlasam öləcək, çəkdim yolun qırağına. Qoymadım ölə, çıxartdım”.


Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər