Səngəçalda 3-cü partlayış - FOTO/ VİDEO/ YENİLƏNİB

Səngəçal qəsəbəsində ötən ay partlayış baş vermiş qaz kəmərinin yaxınlığında yenidən partlayış olub.

BakkiPost.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.

O bildirib ki, hadisə saat 20:40-da baş verib.

Qeyd edək ki, 2016-cı il dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi. Növbəti partlayış isə yanvarın 2-də qeydə alınmışdı.

***
11.01.2017
10:52
 

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

BakiPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb", - deyə FHN-in məlumatında bildirilir.

Bakı Post
 




Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

28 Mart 2017
Bütün xəbərlər
Bütün xəbərlər