Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə möhtəşəm konsert keçirilib.
BakuPost-un məlumatına görə, Azərbaycan prezidentinin ailə üzvlərinin də qatıldığı tədbirdə bir çox incəsənət adamları mahnılar səsləndirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnəyə qalxaraq incəsənət ustaları ilə görüşdülər, xatirə şəkilləri çəkdiriblər.