Sənədinizi itirmisinizsə, bu xəbəri oxuyun

909
"Azərpoçt” MMC-nin "Poçtap” sistemində 915 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 294-ü sahiblərinə təhvil verilib.

Bu barədə BakuPost-a "Azərpoçt”dan məlumat verilib.

İndiyədək tapılan sənədlərin 608-i müvafiq strukturlara göndərilib, 13 sənəd isə "Azərpoçt”un şöbə və filiallarında saxlanılır.

Qeyd edək ki, "Poçtap” xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni” QSC, "Təmiz Şəhər” ASC və "Bakubus” MMC tərəfindən birgə həyata keçirilir.

İtirilmiş sənədlər "Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər