Ru
22:01 / 24 Aprel 2018

Şəmkirdə toya gedən şəxslər qəzaya düşdü - 2 nəfər ölüb, 2 nəfər yaralanıb

2814
Şəmkirdə ağır yol qəzası baş verib.

 

BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.


Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avromobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov ölüb, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər