Şəkidə iki nəfəri sahibsiz it dişləyib

2175
Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib.

BakuPost-un APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan verilən məlumata görə, müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər