Ru
23:50 / 21 Avqust 2017

Şəkidə çaya dərman tökülüb - Sakinlər narahatdır/ VİDEO

868
Şəkinin Qumux kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar. Sakinlərin sözlərinə görə, dərman maddələri ətrafda pis qoxu yayır. Yaxınlıqda uşaqlar oynadıqları üçün bu maddələr onlar üçün problem yarada bilər. Yağıntılar zamanı bu maddələr çay suyuna qarışır, sudan içən heyvanlar da zəhərlənə bilər.


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Qumux kəndi Baş Layski ərazi bələdiyyə bölgüsünə daxildir. 


Kənd rəsmiləri bildirir ki, hadisə haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verilib və əraziyə baxış keçirilib. Ərazinin dərman maddələrindən təmizlənməsi və zərərsizləşdirilməsi onlar tərəfindən həyata keçirilməlidir. Bələdiyyə bu zaman onlara yalnız köməklik göstərə bilər. Ərazinin bu maddələrdən təmizlənməsi bələdiyyənin səlahiyyəti xaricindədir.


Maraqlıdır ki, hər iki qurum məsuliyyəti bir birinin üzərinə atır. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov əraziyə baxış keçirildiyini və dərmanların yığışdırılması işinin kənd bələdiyyəsi tərəfindən həyata keçirilməli olduğunu bildirib.




BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər