Ru
23:56 / 19 İyun 2018

Şəkidə avtobus qəzaya düşdü - 4 yaralı var, 2-si tələbədir/ FOTO

3238
Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.


BakuPost-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində yaralanan 4 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Qəza nəticəsində daxil olan yaralılar Şəki şəhər sakinləri 1987-ci il təvəllüdlü Seymur Şahid oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Ruslan Aydın oğlu Hacıyev, 1998-ci il təvəllüdlü Elçin Qurban oğlu Qəribov və Ağdaş rayon sakini 1979-cu il təvəllüdlü Anar Rəfayıl oğlu Baxışovdur.

 


Yaralılardan Ruslan Hacıyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə, Anar Baxışov isə cərrahiyə şöbəsinə yerləşdirilib. Elçin Qəribovun və Seymur Məmmədovun vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Yaralılardan Ruslan Hacıyev və Elçin Qəribov Mingəçevirdə fəaliyyət göstərən ali təhsil məktəblərinin birinin tələbələridir. Qəza baş verən zaman xəstəxanaya daxil olan yaralıların hamısı Şəki-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusunda olublar.


Qəza zamanı avtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər