“Şəhidlərimizin ruhu təhqir edilir” - Yaqub Mahmudov bağlanan kafe barədə

"Köhnə "26-lar", indiki "Sahil" bağının ərazisində yerləşən "26" restoranı olayı hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə də yol vermək olmaz".

BakuPost.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib: "Həqiqət ondan ibarətdir ki, bu addımla bizim xalqımızın milli əxlaq sisteminə ağır zərbə vurulub. Deyirlər ki, bu, beynəlxalq restoran şəbəkəsidir. O halda belə bir sual yaranır, sözügedən restoran şəbəkəsi Azərbaycana necə yol açıb, bu restoran Bakının başqa bir yerində fəaliyyət göstərə bilməzdi? Hökmən gərək "Sahil" bağı ətrafında fəaliyyət göstərəydi?  Bizim mövqeyimiz ondan ibarətdir ki, belə məsələlərdə güzəşt olmamalıdır. Belə məsələlərdə güzəşt olanda biz şəhidlərimizin ruhunu təhqir etmiş oluruq. Yaxud, şəhidlərimizin ruhunu təhqir edənləri müdafiə etmiş oluruq. Məsələnin əxlaqi-mənəvi tərəfi aydındır".

Deputat qeyd edib ki,  26-lar məsələsini yenidən qaldıranlar kimlərdirsə, onlar açıq-aydın anti-Azərbaycan mövqeyindən çıxış edirlər: "Təəssüf ki, bizim içimizdən də onlara pas verənlər tapılır. Bu yol doğru deyil. Yaddan çıxarmaq olmaz ki, 26-lar Azərbaycan xalqına böyük ziyan vurublar, Azərbaycanın əksər bölgələrində dəhşətli soyqırımlar törədiblər".

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

22 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər