Ru
14:45 / 20 Yanvar 2018

Şəhidimizin fotoları və statusları: “Allah bizi şəhidliyə layiq bilsin”

4760
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov şəhid olub.


 

BakuPost  xəbər verir ki, şəhid əsgərimiz bu gün doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.


Məlumatına görə, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında ali məktəbi bitirdikdən sonra çağırılıb. 

İbrahim Manafov vətənpərvər gənc olub. O hələ 2014-cü ilin avqust döyüşləri zamanı özünün facebook profilində belə yazıb: "Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur... Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam... Allah bizi şəhidliyə layiq bilsin, inşallah!”.

 

Qeyd edək ki, İbrahim Mənəfov Milli Aviasiya Akademiyasının məzunu idi. Ailədə 2 qardaşdırlar. 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər