Ru
13:49 / 21 May 2018

Şəhidimiz dəfn olundu - FOTOLAR

1767
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov Ağstafa rayonunda dəfn olunub. BakuPost APA-ya istinadən xəbər verir ki, şəhid əsgərin Qıraq Kəsəmən kənində olan evində vida mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri çıxış ediblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.
Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidimiz dəfn olundu -  FOTOLAR
Şəhidimiz dəfn olundu -  FOTOLAR
Şəhidimiz dəfn olundu -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər