Ru
15:54 / 23 Fevral 2017

Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı - FOTOLAR

2410
Şəmkirdə şəhid əsgərin dəfn mərasimi keçirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı qüvvələrinin hərbçisi, 1997-ci il təvəllüdlü Xanoğlan Xəlilov bu gün anadan olduğu Şəmkir rayon Seyidlər kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

 

Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu qeyd bildiriblər. Qeyd edilib ki, Xanoğlan Xəlilov hər kəsə nümunə sayılacaq hərbçi olub.

 

Sonra şəhid Seyidlər kənd qəbiristanlığında yaylım atəşlə torpağa tapşırılıb.

 

Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib. 

 

 

Bakı Post
Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı -  FOTOLAR
Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı -  FOTOLAR
Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər