Ru
12:32 / 19 Yanvar 2017

Seçkidə uduzan prezident hakimiyyəti təslim etmir - Ölkədə fövqəladə vəziyyət elan edildi

2231

Qambiyada
qeyri adi hadisə baş verib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika ölkələrindən biri olan
Qambiyanın dövlət başçısı Yəhya Camme dekabr ayında keçirilən prezident seçkilərində
məğlub olsa da, israrla hakimiyyətdən getməyəcəyini söyləyib. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Məclisini hərəkətə keçirən bu bəyanat ölkədə fövqəladə
halın elan edilməsi ilə nəticələnib. Dünən gecə Qərbi Afrikanın başqa bir ölkəsi
olan Mavritaniyanın dövlət başçısı Ould Abdel Əziz Yəhya Cammeni ziyarət edərək
sabaha qədər hakimiyyəti təslim etməyəcəyi halda hərbi müdaxilə yolu ilə rəhbərlikdən
uzaqlaşdırılacağını bildirib.

Qeyd edək
ki, 1994-ci ildə dövlət çevrilişi ilə vəzifəyə gələn və Qambiyada 22 ildir
iqtidarda olan Yəhya Camme prezident seçkilərində səslərin 36,7 faizini
toplayaraq Birləşmiş Demokratlar Partiyası başçısı Adama Barrova (45.5%) məğlub
olub.


Nərmin

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər