Ru
16:57 / 22 Oktyabr 2018

Səbuhi Məmmədli əməliyyat olunacaq

3018
"3-cü gün Poltava vilayət xəstəxanasında kardocərrah Roman Ryabuşka tərəfindən ürəyimə daha iki stent qoyulacaq. Müayinələrin nəticələri qənaətbəxşdir”.


BakuPost xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk səhifəsində bildirib: "Artıq qaraciyərimin müalicəsinə başlamışam. Bir az problemlər var, amma ciddi müalicə nəticəsində həllini tapacaq”.


Tanınmış jurnalist qələmə alacağı mövzulardan da söz açıb: "Burada yazmalı, araşdırmalı çox maraqlı mövzular var. İnşallah, səhhətim imkan verən kimi yazacam. Təki çap edən, yayımlayan olsun”.


Qeyd edək ki, o, bir müddətdir ki, səhhətində yaranan problemlərdən əziyyət çəkir.


Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər