Ru
11:19 / 26 May 2017

Saxta 100 manatlıqları satarkən yaxalandı

599
Cəlilabad rayon Polis şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başında saxlanılıb.


Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.


Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.


Saxlanılan şəxs ilkin ifadəsi zamanı əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.


Qeyd edilən faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər