Ru
15:12 / 28 Aprel 2017

- “Güllələrə görə bizi mühakimə etdirmək istəyirlər” Sarkisyanın müharibə qorxusu

5307

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada Azərbaycan,
Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.
Görüşlər qapalı keçirilsə də, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr
aparılır.

Görüş ərəfəsində Ermənistan prezidenti Serj
Sarkisyanın Frans "Frans-press”
agentliyinəverdiyi müsahibədə səsləndirdiyi fikirlər isə diqqət çəkib. O,
Qarabağda yeni müharibənin olacağını bildirib: "Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə,
yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri
müharibəyə hazır olmalıdır. Çünki bu, sabah başlaya bilər”.

Məsələ ilə bağlıBakiPost.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, həqiqətən dəbeynəlxalq
dairələr real addım atmazsa, hər hansı təsadüfi güllə növbəti ağır toqquşmalara
səbəb ola bilər. Deputatın sözlərinə görə, Azərbaycanın silah arsenalı qat-qat
güclənibvə bu, daha uzaq məsafəli müharibə üçün ön hazırlıqlar danılmazdır: "Danışıqların
məhz Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilməsi elə də asan baş
vermədi. Çünki nə Fransadan, nə də ABŞ-dan olan çağırışlar və təşəbbüslər rəsmi
İrəvan tərəfindən düzgün dəyərləndirilir. Onlar bunu bəlkə də xahiş, diplomatik
müraciət kimi qəbul edirlər. Yəni öz üzərlərində xüsusi bir təzyiq hiss etmirlər.
Bir az da irəli getsək, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq
olunmur. Əksinə, digər beynəlxalq regional müharibələrdə müxtəlif dövlətlərə
qarşı hər hansı bir koalisiya yaradılsa da, onlar daim informasiya aləmində
pislənsə və ciddi şəkildə ittiham edilsə də, Ermənistan bunu öz üzərində görmür.

Belə olan təqdirdə şübhəsiz ki, sanki xüsusi bir əlahiddə
tələblər ilə, ya da az qala minnətlə Rusiyaya dəvət olundular. Bu fonda açıq
görünən odur ki, Ermənistanın hakimiyyət orqanları müəyyən qədər vaxt udmaq və
hansısa planlarını həyata keçirmək niyyətindədir.


Düşünürəm ki, onlar təmas xəttinə bütövlükdə
monitorinq missiyasının gətirilməsini əldə etməyə çalışırlar. Hətta guya bununla
bağlı Sank-Peterburq görüşündə razılaşdırıldığı elan edilib. Halbuki ölkə
başçısı açıq mətnlə söylədi ki, Anjey Kaspşikin ətrafında olan müşahidə
missiyasının sayı yüzlərlə və minlərlə olmayacaq. Onlar 6 nəfərlik heyətdir.


Bu erməni mediasında demək olar ki, son 6 ayda
hamısı biri digərindən sözü oğurlanmış kimi, yəqin ki, administrasiya tərəfindən
onlara verilmiş bu tezisi qabartmaqdadırlar. Bununla demək istəyirlər ki, Azərbaycanın
əl-qolunu bağlamaq lazımdır, müharibə etməməsi öhdəliyini üzərinə götürməlidir”.




Deputat qeyd edib ki, Sarkisyan belə etməklə beynəlxalq
aləmi müharibə mövzusu ilə şantaj edir:
"Yəni demək istəyir ki, Azərbaycanla
dialoqu yalnız cəbhə boyu kameralar düzmək şərtilə aparacaqlar. İstəyirlər ki,
hər bir atılan güllə fiksasiya edilsin. Bu da məsələnin hələ hamısı deyil. Həmçinin
onlar istəyir ki, atılmış güllələrə görə bizi mühakimə etdirsinlər. Yəni söyləsinlər
ki, baxın, birinci sizin tərəfdən atılmış bu atəşə görə cavab verməlisiniz.
Bundan sonra ATƏT çevrəsində də bir məhkəmə orqanının yaradılmasını tələb edəcəklər”.



Zahid Oruc vurğulayıb ki, son bir il ərzində ermənilər
ön cəbhədə müxtəlif texniki işlər həyata keçiriblər:
"Ötən dəfə onlar ilk zərbələrdən
dağıdılmış yerlərin yenisini qurmağa çalışırlar. Az qala Füzuli cəbhəsindən
tutmuş Tərtər və Talış ərazisinə qədər guya mühüm tədbirlər almaqdadırlar. Müəyyən
qədər müasir izləmə qurğularını da, həmçinin ayrı-ayrı ağır silahları da gətirib
orada yerləşdiriblər.


Azərbaycanın isə, hətta Rusiyadan aldığı kiçik
partiyalı ağır texnikanı dünən informasiya vasitələrində göstərməyi yetərli
olub. Bu göstərişdən sonra qarşı tərəfin informasiya məkanında əsl isterika
yaşanır. Ona görə də gərginlik qətiyyən danılmazdır”.


Zahid Oruc hesab edir ki, əgər sözlə danışıqlar
aparılmırsa, avtomatik silahlar danışmağa başlamalıdır:
"Ermənilər bilir ki, Azərbaycan
hansısa cəbhə xəttini yararaq onlara növbəti zərbəni vurmaq və aprel uğurunu təkrarlamaq
istəyindədir. Bu onların bütün hərbi və siyasi nümayəndələrinin ağlında,
fikrində bir qədər sindroma çevrilib. Hətta Qarabağ müharibəsinin əsas
simalarından biri olan Vitali Balasanyan dünən müsahibəsində söyləyib ki, Azərbaycan
tərəfi Ağdam hissəsindən mövqelərimizi yararaq Xankəndində doğru hərbi qələbəni
davam etdirmək istəyir. Deməli bunlar təkcə erməni cəmiyyətini qorxutmaq üçün
edilmir. Onlar göstərmək istəyir ki, guya Azərbaycan tərəfinin planları ilə
bağlı kəşfiyyat məlumatlarına malikdirlər”.

 

Sevinc Yasinqızı

Bakı Post

 - “Güllələrə görə bizi mühakimə etdirmək istəyirlər” Sarkisyanın müharibə qorxusu
 - “Güllələrə görə bizi mühakimə etdirmək istəyirlər” Sarkisyanın müharibə qorxusu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər