Ru
16:49 / 23 Aprel 2018

Sarkisyandan xalqa son müraciət: “Paşinyan haqlı idi”

2916
Xəbər verdiyimiz kimi, Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefa verib.


BakuPost xarici mənbələrə istinadən xəbər verir ki, S.Sarkisyan sonuncu dəfə Ermənistan xalqına müraciət edib: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".


Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.


Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər