Ru
20:52 / 27 Aprel 2017

Sarkisyandan müharibə mesajı - “Bir neçə həftəyə...”

1538
"Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər”. 


BakiPost.az-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan "Frans-press” agentliyinə müsahibəsində deyib.


Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.


Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər