Ru
15:49 / 14 Yanvar 2017

Sarayda etiraz aksiyası - FOTOLAR

1459
Bu gün səhər saatlarında Abşeron rayon Saray qəsəbəsinin "Üzümlük” massivində etiraz aksiyası keçirilib. Sakinlərin narazılığına səbəb evlərinə mavi qazın verilməməsidir.


Qəsəbə sakinlərinin bildirdiyinə görə, bu barədə aidiyyatı qurumlara dəfələrlə məlumat versələr də, heç bir faydası olmayıb. Onlar Bakının 5-10 addımlığında yerləşən qəsəbəyə qaz verilməməsinin səbəbini anlamadıqlarını bildiriblər. Sakinlər erməni kilsələrinə pulsuz qaz paylandığı halda, nəyə görə qəsəbəyə qaz verilmədiyini soruşurlar.


Magistral yolu bağlamağa cəhd edən sakinlərin qarşısı polislər tərəfindən alınıb. Sakinlər isə problemlərinin həll olunmayacağı təqdirdə, etiraz aksiyalarını davam etdirmək fikrindədirlər.

 


Azadlıq.info

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər