"Samsung"un vitse-prezidenti polisə çağırıldı

"Samsung" şirkətinin vitse-prezidenti Li Çje Yon ifadə vermək üçün polisə çağırılıb.

Trend-in BBC-yə istinadən verdiyi xəbərə görə, o, Cənubi Koreyanın korrupsiyada ittiham olunan prezidenti Pak Kın Xenin yaxın rəfiqəsi Çxve Sun Silin qeyri-kommersiya fondlarına pul vəsaitlərinin köçürülməsində şübhəli bilinir.

Həmin fondların fəaliyyətlərinin araşdırılması Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmentinə səbəb olub. Polis hesab edir ki, prezidentin yaxın rəfiqəsi böyük şirkətlərdən külli miqdarda pul vəsaitləri tələb edirmiş.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər