Ru
10:19 / 24 Sentyabr 2018

Samir Şərifovun keçmiş müşavirinə vəzifə verildi

2442
Maliyyə nazirinin keçmiş müşaviri Namiz Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.


BakuPost xəbər verir ki, o, Report-a açıqlamasında vəzifəsini təxminən 6 ay bundan əvvəl tərk etdiyini bildirib.


"Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, - deyə keçmiş müşavir qeyd edib.


Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər