Ru
13:49 / 24 May 2017

“Samir Şərifovun dedikləri baş tutmayacaq” - İqtisadçı

3826

Maliyyə naziri Samir Şərifov "Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin (ABB) tezliklə özəlləşdiriləcəyi ilə bağlı açıqlama verib.

Nazir prosesin 2018-ci
ildən tez baş verməyəcəyini bəyan edib.

ABB-nin özəlləşdirilməsi məsələsini BakuPost.az-a şərh
edən iqtisadçı Natiq Cəfərli bildirib ki, yaxın 2-3 il ərzində bu prosesin baş
verməsi inandırıcı görünmür:


"10 il bundan qabaq Beynəlxalq Bank özəlləşsəydi və
özəl kapital kimi idarə olunsaydı, bu gün yaşanan problemlərlə də
qarşılaşmazdılar. Samir Şərifov da çox optimistik danışıb ki, 2018-ci ildə bank
özəlləşməyə çıxarıla bilər. Çünki 2018-ci ildə bankın problemlərini tam həll
edib, özəlləşmə üçün cazibəli hala gətirmək mümkün olmayacaq. Hazırda xarici
kreditorlarla çox sərt danışıqlar gedir və bu danışıqların nəticəsində Beynəlxalq
Bankın xarici öhdəliklərinin dövlət tərəfindən ödənilməsi qrafikləri təsdiqlənməlidir.
Bu borclar tam silinmədən, Beynəlxalq Bankın problemləri tam təmizlənmədən,
aktivləri müsbətə çıxmadan, gəlirlilik səviyyəsi artmadıqca heç bir xarici
investor Beynəlxalq Bankla maraqlanmayacaq”.



İqtisadçı hesab edir ki, dünyada imici zədələnmiş
ABB-yə xarici investor tapmaq çətin olacaq:
"Özü də indiki ağır bir durumdan
sonra. Çünki dünyada Beynəlxalq Bankla bağlı çox pis bir imic formalaşıb. Bütün
aparıcı mətbuat Azərbaycanda Beynəlxalq Bankın iflasa uğradığını və öz öhdəliklərini
yerinə yetirə bilmədiyi haqda məlumatlar yaydı. Bu da investorları qaçıran əsas
amillərdən biridir. Mən inanmıram ki, yaxın gələcəkdə Beynəlxalq Bankı cazibəli
hala gətirib aparıcı investrolara təqdim edə bilərlər. Daxili investorlar ola
bilər. Ola bilər ki, daxili maliyyə holdinqlərindən biri gələcəkdə Beynəlxalq
Bankın daşınmaz əmlakının, binlarının çox olduğunu nəzərə alaraq özəlləşdirmək
istəyə bilər. Bu da ölkəyə ciddi bir xeyir gətirməyəcək. Nə qədər ki, ölkəyə
xarici investorlar gəlmir, istəyir bank, istəyir özəl sektor olsun, orada
dayanıqlı inkişaf mümkün deyil. Ona görə də Samir Şərifovun özəlləşmə ilə bağlı
verdiyi bəyanata mən skeptik yanaşıram. Bunun yaxın gələcəkdə reallaşması çətin
görünür. Ona görə də bankın bütün problemləri əvvəlcə həll olunmalı, bütün
borclar təmizlənəndən sonra aktivləri müsbət hala gəlməli, gəlirlilik səviyyəsi
artmalıdır ki, hər hansı formada investor tapmaq mümkün olsun. Yaxın illərdə - ən
azı 2-3 ildə bunu etmək çox çətin olacaq”.



Bankın tam olaraq neçənci ildə özəlləşməyə hazır
olacağı ilə bağlı da danışan N.Cəfərli qeyd edib ki, 2019-cu il bunun üçün daha
real görünür:
"Əgər xarici kreditorlarla ödəmə qrafiki təsdiqlənsə və bu təsdiqlənmiş
qrafiklə yaxın 1 il ərzində bankın borclarının silinməsinə nail olunsa, daxildə
borcların tamam təmizlənməsi prosesləri başa çatsa, ən yaxşı halda 2019-2020-ci
illərdə bankı özəlləşdirməyə çıxarmaq olar. Ona görə də Samir Şərifovun dedikləri
mənə real görünmür. Bankın borcu hələ də başa çatmayıb. Təxminən 4 milyard
manata yaxın daxili borcu var. Amma bu demək deyil ki, xarici investorlar o dəqiqə
buna maraq göstərəcək. İmicin yenidən formalaşması və müsbət mesajların verilməsi
üçün kifayət qədər böyük zamanın keçməsinə ehtiyac var. Ən az 2-3 ildən sonra
bununla bağlı müəyyən addımların atılması ehtimalı ola bilər. Amma daxili
investorlardan birinə satılacaqsa, bunun effekti olmayacaq”/


Nigar Etibar

BakuPost

“Samir Şərifovun dedikləri baş tutmayacaq” -  İqtisadçı
“Samir Şərifovun dedikləri baş tutmayacaq” -  İqtisadçı
“Samir Şərifovun dedikləri baş tutmayacaq” -  İqtisadçı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər