Ru
11:35 / 17 İyun 2018

Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB

2697
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində rayonunda "Qazel” markalı yük avtomobili ilə "VAZ” markalı minik maşını toqquşub.


BakuPost "Report"a istinadən xəbər verir ki, nəticədə "VAZ"da olan iki sərnişin – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib.


Qəza zamanı həmçinin "VAZ"ın Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu, eləcə də, "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu və onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğlu xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşadırma aparılır.

 

*** 09:26
Ötən gecə Şamaxı rayonunda "Qazel” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub.


BakuPost-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Əməliyyat başa çatıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər