Ru
14:24 / 27 Aprel 2017

YPX maşını dəhşətli qəzaya düşdü - Ölənlər var/ Yenilənib

3943

 
Salyan rayonunda Yol Patrul Xidməti (YPX) avtomobilinin törətdiyi qəza nəticəsində iki nəfər dünyasını dəyişib.


Səhiyyə Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Hadisə nəticəsində xəsarət alanlardan 2-si yol polisi əməkdaşı olmaqla, 4 nəfər Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan bir nəfər koma vəziyyətindədir, digər bir nəfər isə ağır vəziyyətdə olduğundan əməliyyat olunub.


Yaralanan 2 polis əməkdaşının isə vəziyyəti orta ağırdır.


Qeyd edək ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.


YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.


Faktla bağlı araşdırmalara başlanılıb.

 

 ***

 13:29

 

 

Salyan rayonunda YPX maşını qəza törədib, iki nəfər ölüb və 3 nəfər xəsarət alıb.


"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində baş verib.


Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  "Mercedes" markalı avtomobillə toqquşub. 

İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.


Faktla bağlı araşdırmalara başlanılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər