Ru
22:50 / 22 İyun 2017

Salyanda qeyri-adi uşaq - VİDEO

879
Salyan rayonunun Boranıkənd kəndində yaşayan üç yaşlı Ömər Zeynalovun bədəni müxtəlif metal əşyaları, eləcə də mobil telefonları maqnit kimi özünə cəzb edir. 


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, valideynləri uşaqda olan bu qeyri-adi bacarığı bu yaxınlarda aşkar ediblər. Azyaşlıya dəmir pul verərkən o, həmin pulları bədəninə yapışdırıb.


Valideynləri deyirlər ki, Ömər ağır yükləri qaldırmağı çox xoşlayır. Dəfələrlə evdə böyük əşyaları bədəninə yapışdırmaqla, sanki öz bacarığını daha da təkmilləşdirməyə çalışır. Ömərdə olan bu istedada şübhə edənlər isə telefonlarını onun bədəninə yapışdırmaqla kifayətlənirlər.


Ömərin istedadına güvənən valideynlər onun gələcəkdə bu bacarığını beynəlxalq müsabiqələrdə nümayiş etdirməsini istəyirlər.

 

BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər