Salyanda “NİVA” aşdı - FOTOLAR

Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzində, A.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində iki avtomaşın toqquşub.
 
BakuPost.az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhər sakininin idarə etdiyi "Mercedes-C” markalı avtomaşınla Neftçala rayon sakininin idarə etdiyi "NİVA”nın toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yolun kənarındakı suötürücüsünə düşüb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.
 
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 
 

BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər