Ru
10:04 / 26 Fevral 2017

Salyanda dəhşət - Ər və arvad yanaraq öldü

2370
Səhər saatlarında Salyanda yanğın faktı qeydə alınıb.

 

BakiPost.az Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər