Ru
18:22 / 18 Fevral 2018

Salyanda ağır qəza - Ölənlər var

2924
Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


BakuPost.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 


Belə ki, 1961-ci il təvəllüdlü, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakinləri - 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb. 


Digər iki sərnişin - Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

 

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər