Ru
10:15 / 22 Fevral 2018

Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi

6160

 "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədov "Şöhrət” ordeni ilə təltif edilib.

 

BakuPost xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. S.Məmmədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə bu yüksək ordenə layiq bilinib. 


Qeyd edək ki, Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti” fakültəsini bitirib.

O, 1982-1991-ci illərdə "Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə "Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə "Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləyib.

1995-2003-cü illərdə "Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb.


2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis” Departamentinin "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.


İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

S.Ə.Məmmədov Prezidentin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub. Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə "Əməkdar Mühəndis” fəxri adı verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər