Ru
14:47 / 22 Fevral 2017

Sağlamlıq imkanları məhdud tələbələr təhsil haqqından azad edildi

1507

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup əlil) tələbələri təhsil haqqından azad edib.

BakiPost.az xəbər verir ki, bu haqda təhsil eksperti
Kamran Əsədov şəxsi "Facebook” səhifəsində yazıb.


O bildirib ki, nazirlik təqdim etdiyi 15-ə yaxın tələbəni
təhsil haqqından azad edib:
"Uzun illərdir ki, sağlamlıq imkanları məhdud
uşaqların təhsili ilə yaxından məşğul. Təmannasız olaraq ali məktəblərə hazırladığım
abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar.
Xatırlayırsızsa, onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması
ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə
Paşayeva məsələni diqqətdə saxladı. Təhsil Nazirliyi, başda Nazir Mikayıl
Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə
aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı.
Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları
məhdud olan şagirdlərimin siyahısını istədi. Mən də 15-ə yaxın hazırda təhsil
alan tələbələrin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim.
Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan
tələbələrdə var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin
rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil
Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq
imkanları məhdud (1 və 2ci qrup əlil) tələbələri təhsil haqqından azad edib”.

Ekspert bildirib ki, belə bir hal tələbələrə böyük
stimul verib:
"Nazir Mikayıl Cabbarov, millət vəkili Qənirə xanım çox sağ olsun.
Bu tələblərə böyük stimul verdi. Onları sevindirdiyiniz üçün həm öz adımdan, həm
də tələbələr adından təşəkkür edirəm”.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər