Ru
00:01 / 22 Yanvar 2018

Şakira ilə bağlı prokurorluğa müraciət - Milyonlarla avro vergidən yayınma

824
İspaniyada vergi xidməti orqanları tanınmış müğənni Şakira ilə bağlı prokurorluğa müraciət edib.


"BakuPost” xəbər verir ki, buna səbəb onun vergidən yayınmasında şübhələrin olmasıdır. Şübhələrə görə, o, vergidən bir neçə milyon avro yayınıb.


Məlumata görə, müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər