Ru
17:10 / 23 May 2018

Şagirdlərin nəzərinə - Nəticələr açıqlandı

2181
Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

 

DİM-dən BakuPost-a verilən məlumata görə, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

 

Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər