Sabirabadda ev yandı

Sabirabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BakuPost.az-a verilən məlumata görə, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər