Ru
15:41 / 19 Fevral 2018

Sabiq nazirin evindəki yanğının təfərrüatı - Sobada odun yandırıblar...

2199
İsmayıllının Buynuz kəndində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus bağ evində baş verən yanğının ilkin səbəbləri məlum olub.


BakuPost-un məlumatına görə, kəndin icra nümayəndəsi Gülzar Şirəliyeva AzVision.az-a bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan soba səbəb olub.


İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: "Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdə bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məlumata görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb” 


Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllının Buynuz kəndində ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə yanğın baş verib. Evin sabiq nəqliyyat naziri Ziya məmmədova məxsus olduğu üzə çıxıb.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər