Ru
21:33 / 25 May 2017

Sabiq baş nazirin avtomobili partladıldı - 4 nəfər yaralandı

1126
Yunanıstanın sabiq baş naziri Lukas Papadimosun avtomobilində partlayıcı qurğunun işə düşməsi nəticəsində dörd nəfər xəsarət alıb.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə,  Papadimos yaralansa da, onun həyatına heç bir təhlükə yoxdur.   

 

"Papadimos xəstəxanaya yerləşdirilib, onun həyatına heç bir təhlükə yoxdur. Bağlamaya yerləşdirilən partlayıcı qurğu işə düşüb. Partlayış avtomobildə baş verib, sabiq baş naziri müşayiət edən üç şəxs də xəsarət alıb”, - deyə polisdən bildirilib.

 

Məlumata görə, partlayış Papadimos bağlamanı açarkən baş verib.  Sabiq baş nazirin əlindən və qarın nahiyəsindən xəsarət aldığı bildirilir. Partlayış avtomobil hərəkətdə olarkən baş verib.

 

Lukas Papadimos 2011-2012-ci illərdə Yunanıstanın baş naziri vəzifəsində çalışıb.   

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər