Ru
16:14 / 19 Yanvar 2017

Sabiq baş nazir məhkəməyə verildi

628

Yunanıstanın
sabiq baş naziri Yorqo Papandreu məhkəməyə verilib.

BakiPost.azxarici mətbuata istinadən xəbər verir ki, Paso Partiyasının qurucusu Andreas
Papandreunun oğlu sabah hakim qarşısına çıxacaq.

Onu məhkəməyə
verən şəxs isə Dəniz Göyərtə minbaşısı Panaqiotis Stamatisdi. Belə ki, minbaşı
sabiq baş naziri Beynəlxalq Valyuta FondunuYunanıstana gətirməkdə
günahlandıraraq məhkəməyə müraciət edib. Stamatis 2009-ci ildə Papandreunun
seçkidən öncə baş nazir seçilərsə maaşları artırmaq, xalqın yaşayışını
yaxşılaşdırmaq kimi vədlərlə camaatı aldatdığını, seçkidə qalib gəldikdən sonra
isə əksinə maaşları azaltdığını və xalqı yoxsulluğa məhkum etdiyini iddia edərək
ona dava açdığını söyləyib.


Qeyd edək
ki, Yorqo Papandreunun babası və atası da Yunanıstanın baş naziri olublar.


Nərmin

Bakı
Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər