Ru
12:05 / 25 May 2018

Sabahdan ov mövsümü açılır

1961
Sabahdan Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü açıq elan edilir.


BakuPost xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək: "Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini tələb etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Yerli ovçular yalnız şənbə-bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".


H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:


"İlk növbədə nəzərə almaq lazımdır ki, xarici ovçular xarici turistlərdir. Qanunvericiliklə onların ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidir".


H.Əlizadə deyib ki, xarici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.
Sabahdan ov mövsümü açılır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər