Ru
14:40 / 21 Sentyabr 2017

Sabah Məhərrəmlik başlayır

4190
Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.


BakuPost.az-ın report-a istinadən xəbərinə görə, Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.


Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.


Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.


İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.


28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.


Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.


Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər