Güclü külək olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq

Aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
 
Arabir güclənən cənub-qərb küləyi gündüz  güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən BakiPost.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.
 
Bakıda gecə 7-9° isti, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  758 mm civə sütunundan 766 mm civə sütununa  yüksələcək. 
Nisbi rütubət   gecə 70-80 %, gündüz  45-55 %  təşkil edəcək.
 
Tibbi-meteorolji proqnoza əsasən, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri  küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
 
Azərbaycanın rayonlarında aprelin 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə
3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 
 
Aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər