Sabah Bakının bu rayonunda su olmayacaq

1997
Sabah Bakının Yasamal rayonun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuPost-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər