Sabah 36 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq. 
 
Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir. 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər