Ru
10:01 / 20 Yanvar 2017

Saatlı və Şəkidə yanğın

1036
Saatlı rayonunda yanğın hadisəsi baş verib.

 

BakiPost.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin iki otağının tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Şəki rayonu, Qoxmuq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 140 m² köməkci tikilinin içərisində yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər