Ru
22:03 / 16 Avqust 2017

Saakaşvili Ukraynaya gedəcəyini bəyan etdi: "Kiminsə baqajında keçməyəcəm"

2221
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, bir müddət əvvəl Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili Ukraynaya gələcəyini bəyan edib.

 

BakuPost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə canlı efirdə deyib. M. Saakaşvili sentyabrın 10-u Polşadan Ukraynaya keçəcəyini bildirib. O, Ukrayna hökumətinə meydan oxuyaraq, öz tərəfdarlarını aeroporta çağırıb: "Mən bu qədər vaxt işləməmişəm ki, Ukraynaya kiminsə maşınında gizli şəkildə, baqajda keçim. Rəsmi şəkildə bəyan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya keçəcəyəm. Tərəfdarlarımı da sərhədə çağırıram".

Qeyd edək ki, Ukraynanın siyasi həyatında son dövrlərdə gedən proseslərdə Mixeil Saakaşvilinin rolu böyük olub. O, yeni partiya yaradaraq Ukrayna hökumətinə qarşı hərəkətə keçib və seçkilərdə iştirak etmək istəyir. Bu səbəbdən o, bir müddət əvvəl Ukrayna vətəndaşlığından məhrum edilib. Yayılan məlumatlarda onun ABŞ-a qaçdığı iddia olunurdu. Lakin Saakaşvili yayılan xəbərləri təkzib edib.

Ukraynanın Miqrasiya və Dövlət Sərhəd xidmətləri açıqlama yayaraq, keçmiş qubernatorun ölkəyə gələcəyi təqdirdə, sərhəddən buraxılmayacağını bəyan edib. Saakaşvili isə bütün bu xəbərdarlıqlara baxmayaraq, Ukraynaya keçəcəyini bəyan edib.


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər