Saakaşvili Ukraynada yoxa çıxıb, sonra tapıldı - Mitinq anonsu/ YENİLƏNİB

"Yeni güclərin hərəkatı”nın lideri, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən yoxa çıxıb.

BakuPost.az məlumat verir ki, dünən axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesinə xeyli adam toplaşıb. Onların arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. 

Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass” batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər.
 
Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.
 
10:15
 ***

"İtkin düşümüş” sabiq Odessa qubernatoru Mixail Saakaşvili tapılıb.

BakuPost.az xəbər verir ki, o, sosial şəbəkədə olduğu yer haqqında məlumat verib.

Daha öncə Lvovdan naməlum istiqamətdə yola çıxan Saakaşvili  Çernovtsının mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb

"Ukraynada dəyişikliklər Çernovtsıdan başlayır. Şəhər sakinlərini sentyabrın 13-də saat 18:00-da  Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, - deyə mitinqə çağırışda deyilir.

 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər