Ru
13:05 / 14 Yanvar 2017

Saakaşvili Gürcüstandakı uğurlarını Odessada niyə təkrarlaya bilmədi?

1037

"Mixail Saakaşvili Gürcüstandakı uğurlu
islahatlarını Odessada təkrarlamaq istədi, rüşvətxor məmurlara qarşı mübarizəyə
başladı, gənc komanda formalaşdırdı. Ancaq alınmadı”.


BakıPost.az xəbər verir ki, bu sözləri
politoloq Elxan Şahinoğlu Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr
Poroşenkonun onun haqda səsləndirdiyi fikrilərə və qarşı tərəfin verdiyi
cavablarına münasibət bildirərkən deyib.

Elxan Şahinoğlu bildirib ki,
Poroşenko-Saakaşvili qovğasında Saakaşvilinin düzgün danışdığını düşünür: "Niyə Saakaşvili Gürcüstandakı
uğurlarını Odessada təkrarlaya bilmədi? Məsələ burasındadır ki, Mixail
Saakaşvili Gürcüstanda piramidanın başında idi, hamı ona tabe idi, düşündüklərini
həyata keçirtdi və nəticə qazandı. Odessada isə o Kiyevdəki məmurlardan asılı
idi, onun hər addımını Kiyevdəki oliqarx nazirlər sabotaj etdilər. Poroşenko isə
bütün bunlara göz yumurdu. Ukraynanı içəridən tanıyan birisi kimi gəldiyim qənaət
budur ki, Kiyev Saaklaşvilinin islahat sürəti ilə ayaqlaşa bilmədi, Ukrayna
hakimiyyəti (keçmişdəkilər kimi) astagəldir, tənbəldir, dağıdıb yenidən
qurmaqdansa, olanın restavrasiyası ilə məşğuldur. "Olan” isə islahata meyilli
deyil”.

Qeyd edək ki, Odessa vilayətinin keçmiş
qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və
rüşvətxorluqda ittiham edib: "Ukrayna hökuməti sadəcə vəzifələrin alqı-satqısı
ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə
edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtında Poroşenko bu
pullardan məhrum olmuşdu”.


Ukrayna prezidenti Pyotr Poroşenko isə
Odessa vilayətinin əvvəlki rəhbəri Mixail Saakaşvilinin işini tənqid edib:"Odessa vilayəti bütün göstəricilər üzrə praktik olaraq geri qalır, burada
aparılan heç bir islahat və sınaq özünü doğrultmayıb, Saakaşvili isə əsasən
özünütəbliğlə məşğul olub”.


Sevinc Yasinqızı

BakıPost

Saakaşvili Gürcüstandakı uğurlarını Odessada niyə təkrarlaya bilmədi?
Saakaşvili Gürcüstandakı uğurlarını Odessada niyə təkrarlaya bilmədi?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər