Ru
15:42 / 27 Aprel 2017

Rzanın Ebru üçün aldığı villa söküləcək - FOTOLAR

2007
Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab milyonlar xərclədiyi Kanlıcada yerləşən tarixi villanı sökdürməli olacaqlar.


BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab tarixi villanı icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər.


Hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsinə  iş adamının vəkili Tuğçe Yanarko qatılıb.


Məhkəmədə villanın keçmiş sahibi danışaraq oranı ilk aldığında xaraba vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini deyib: "Amma səhhətimdəki problemlərə görə təmir bitmədiyi halda villanı Rza Zərrabdan əvvəlki sahibinə satdım. Daha sonra tarixi villada aparılan təmir işlərini və dəyişikliklərdən xəbərim yoxdur. Villanın sonrakı halını mətbuatdakı fotolarda gördüm. Hətta villalardan birinin yüksəldiyinin şahidi oldum”. 


Proses Rza Zərrabın ifadəsinin alınması üçün təxirə salınıb.


Ebru Gündeşin məhkəməsi zamanı isə ittihamnamədə villaların təmir etdirildiyi, lift tikildiyi, binaların icazəsiz birləşdirildiyi, pəncərələrin dəyişdirildiyi, eyvanın bağlanılaraq içəriyə daxil edilməsi, binanın özünəməxsus memarlığının məhv edilməsi əks olunub. 


Məhkəmə son qərar üçün təxirə salınsa da, villalara edilən dəyişiklərin sökülməsi barədə qərar qəbul edib.  Buna, binanın xarici görünüşü, hovuz, lift və s. daxildir.


Xatırladaq ki, 2011-ci ildə R.Zərrab villaları Ebrunun adına alıb. Tarixi olaraq qeydiyyatda olan villada təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

 

Bakı Post

 

Rzanın Ebru üçün aldığı villa söküləcək -  FOTOLAR
Rzanın Ebru üçün aldığı villa söküləcək -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər