Ru
11:13 / 23 May 2017

Rza Zərrab işində Tramp gəlişməsi

1788
Nyu-York Federal Məhkəməsi tərəfindən 14 aydır, həbsdə saxlanan İran əsilli türk iş adamı Rza Zərrabın istintaqında yenilik var. 


BakiPost.az xəbər verir ki, biznesmenin vəkilləri - Rudolf Quliani və Maykl Mukasey məhkəməyə yenidən ifadə veriblər. 


 Bu işə sədrlik edən hakim Riçard Berman vəkillərin əvvəlki ifadələrinin kifayət etmədiyini və qaneedici olmadığını deyərək təkrar yazılı şəkildə ifadə vermələrini istəmişdi.


ABŞ ədliyyə naziri olmuş vəkil Mukasey "Debevoise & Plimton” şirkətinin İran, Türkiyə və "Xalq Bank”ı təmsil etmədiyini açıqlayıb. 


Vəkil şirkətin ABŞ-ın Energetika Nazirliyinin təmsilçisi olduğunu vurğulayıb. Digər vəkil Quliani də qeyd edib ki, sözügedən firma İran və ya "Xalq bank’ın təmsilçisi olmayıb. 


Vəkil hakimin prezident Trampın 7 müsəlman ölkəsindən gələn immiqrantlara qoyulan məhdudiyyətlərlə əlaqədar nəşr olunmuş fərmanla bir əlaqəsinin və bu mövzuyla əlaqədar Tramp rəhbərliyinə verdikləri hər hansı bir xidmətin olub-olmadığı sualını da cavablandırıb. 


O deyib ki, nə mən, nə şirkətim Tramp hökümətinin təmsilçilisidir. Bununla belə, bu ifadə onun ilkin ifadəsi ilə ziddiyyət təşkil edib. 


Emil 

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər